Aprelin ilk günündən Volqa-Xəzər kanalında dibdərinləşdirmə işlərinə start veriləcək
AzerTAg.az

Bakı, 18 mart, AZƏRTAC
Aprelin 1-də Volqa-Xəzər dənizi gəmiçilik kanalında dərinləşdirmə mövsümü açılacaq.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Rosmorrechflot”un rəhbəri Zaxari Djioyevin sədrliyi ilə keçirilən iclasda bildirilib. O qeyd edib ki, dibdərinləşdirmə texnikası yaxşı vəziyyətdədir.
Aprel ayı ərzində kanalda işləyən yerqazan gəmilərin sayı 10-a, may ayında isə 15-ə çatdırılacaq. Gələcəkdə əlavə dibdərinləşdirmə donanması cəlb etməklə gündəlik hasilat həcmin artırılması planlaşdırılır.
Rusiya Prezidenti 2023-cü ildə kanalda gəmilərin keçməsi üçün 4,5 metrlik dəriniyi təmin etməyi tapşırıb. Bunun üçün kanalda ümumilikdə təqribən 12 milyon kubmetr torpaq qazılmalı və çıxarılmalıdır. Bu, 2022-ci ildə bütün Rusiya Federasiyasında aparılan dərinləşdirmə həcminin yarıdan çoxu deməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var