CƏMİYYƏT
Aptekdə satıcıya qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 22-də saat 23 radələrində Nəsimi rayonundakı apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul oğurlaması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum edilmiş Fuad Zeynallı olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]