CƏMİYYƏT
Aptekdən oğurluq edən keçmiş məhkumun digər cinayət əməli də üzə çıxıb
Bakı, 7 avqust, AZƏRTAC
Yasamal rayonu ərazisindəki apteklərin birindən 1266 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş P.Axundov rayon polis idarəsinin 28-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat tədbirləri ilə onun avqustun 6-da rayon ərazisindəki daha bir aptekdən 230 manat pul və mobil telefon oğurlaması müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]