ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 8 avqust, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ilə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Görüşdə İdarə Heyətinin sədri Kamran İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan institusional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradılması, Agentliyin strukturu və fəaliyyəti barədə danışıb.

Kamran İmanov Agentlikdə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində yaranan mübahisələrə baxan Apellyasiya Şurasının fəaliyyət göstərdiyini qeyd edərək Agentliyin məhkəmədənkənar mübahisələrin həlli sahəsində böyük təcrübəsi olduğunu bildirib.

Nadir Adilov Mediasiya Şurasının fəaliyyəti haqqında məlumat verib. O, Agentlik ilə əməkdaşlıqdan razı qaldıqlarını qeyd edərək birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin son dövrdə Mediasiya Şurasının dövlət qurumları ilə əməkdaşlıqda görülən işlərdən danışıb, rəqəmsal xidmətlərin təşkil olunacağını, mediasiya portalının yaradılacağını qeyd edib.

Kamran İmanov Mediasiya Şurasının üzvlərinə təlimlər keçirilməsi üçün geniş imkanlar olduğunu diqqətə çatdıraraq Agentlik tərəfindən mediatorlar üçün əqli mülkiyyət sahəsində müxtəlif treninqlərin təşkil olunmasının zəruriliyini bildirib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.