ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada informasiya texnologiyaları üzrə kursda iştirak edir

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 26-dan 30-dək Moskvada Avrasiya Patent Təşkilatına üzv dövlətlərin milli qurumlarının informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Windows PowerShell ilə idarəçiliyin avtomatlaşdırılması” mövzusunda ixtisasartırma kursu keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin informasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov iştirak edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ixtisasartırma kursu Rusiyanın əlavə peşə təhsili üzrə qeyri-kommersiya "Softline Education" təşkilatının tədris mərkəzində təşkil edilib. Kursda “Windows Server”in idarəçiliyinin avtomatlaşdırılmasında “Windows PowerShell” komponentinin imkanlarının tətbiqi, serverlərdə müəyyən məsələlərin yerinə yetirilməsi üçün komandaların yaradılması təcrübəsi, konveyer işləmələri zamanı verilənlərin ötürülməsi, skriptlərin yazılması, şəbəkələrdə kompüterlərin idarə olunması və s. məsələlər haqqında məruzələr dinlənilir, praktiki laboratoriya məşğələləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.