ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 17 mart, AZƏRTAC

Avrasiya Hüquq Sahibləri Cəmiyyətləri Konfederasiyasının Kollektiv idarəetmə sahəsində Beynəlxalq Assosiasiyasının onlayn formatda komitə iclası keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və Mərkəzin əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, iclasda komitənin bir il ərzində planlaşdırılan fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə Konfederasiyaya üzv ölkələrdə müəlliflik hüququ sahəsində milli qanunvericilik, kollektiv idarəetmə təşkilatlarının fəaliyyəti, müəlliflik hüququ sahəsində məhkəmə çəkişmələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktorunun müşaviri Rüfət Səfərəliyev Azərbaycanın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyi haqqında məruzə edib.

Tədbirdə çıxış edən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.