ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının geniş tərkibdə iclası keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Yanvarın 16-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə bu qurumun tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) kollektivinin geniş tərkibdə iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclas dövlətimizin başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 15 yanvar tarixli Fərmanına, o cümlədən kitabxana işinin təşkili və yeni çağırışlar barədə məlumatların verilməsinə həsr olunub.

Tədbirdə çıxış edən K.İmanov ölkə başçısının rəhbərliyi və şəxsi təşəbbüsü ilə son illərdə aparılan iqtisadi, inzibati və institusional islahatların Azərbaycanın dinamik və hərtərəfli inkişafına səbəb olduğunu vurğulayıb. Sədr Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın irəliləyərək reformator ölkələr arasında 25-ci yerə keçməsini məhz bu siyasətin və əldə olunmuş uğurların nəticələri olduğunu xüsusilə qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və RETK-in Agentliyin tabeliyinə verilməsinin bu uğurlu institusional islahatların davamı olduğu diqqətə çatdırılıb. Müzakirələr zamanı RETK-də aparılmış işlərdən danışılıb, eyni zamanda, kitabxananın inkişafı istiqamətində atılacaq addımlara və qarşıda duran məsələlərə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.