REGİONLAR


Aqrar Sığorta Fondu İsmayıllıda fermerlərlə görüşüb

İsmayıllı, 12 sentyabr, AZƏRTAC

İsmayıllıda rayon icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Soltankənd kəndində açıq tarla şəraitində Aqrar Sığorta Fondunun fermerlərlə görüşü keçirilib. Görüşdə Aqrar Sığorta Fondunun rəhbər işçiləri və müstəqil ekspertlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fondun rəhbəri Fuad Sadıqov Aqrar Sığorta Fondunun yaranması, fəaliyyət istiqamətləri barədə fermerlərə geniş məlumat verib. Qeyd edib ki, fond respublikamızda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Görüşdə fermerlərin çoxsaylı sualları cavablandırılıb, onlara sığorta işinin vacibliyi izah edilib.

Sonra qonaqlar “Azza Agro” MMC-yə məxsus heyvandarlıq kompleksində və “İsmayıllı Şərab-1” istehsal müəssisəsində olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.