Aqrar Terminlər Lüğəti hazırlanır
AzerTAg.az

Gəncə, 17 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Azərbaycan Dövlət Aqrar Universitetində ilk dəfə olaraq Aqrar Terminlər Lüğəti hazırlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 17-də Aqrar Universitetdə yeni dərs ilinin açılışında iştirak edən və ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olan kənd təsərrüfatı naziri İnam Kərimov yeni lüğətin hazırlanması istiqamətində görülmüş işlərlə maraqlanıb.
Universitetin rektoru, professor İbrahim Cəfərov bildirib ki, hazırda kənd təsərrüfatının ayrı-ayrı sahələrini təmsil edən nüfuzlu alimlərin iştirakı ilə hazırlanan Aqrar Terminlər Lüğəti ölkəmizdə bu sahəyə aid nəşr edilmiş ilk lüğət olmaqla yanaşı, həm də bu sektorla maraqlananların stolüstü kitabı olacaq.
Rektor Aqrar Terminlər Lüğəti üzərində işin oktyabrın 15-dək yekunlaşacağını söyləyib.
Xəbərin mətnində orfoqrafik səhv var