REGİONLAR


Aqrar Universitetdə “Gəncə-startap” günləri başlayıb

Gəncə, 17 may, Rauf Hacıyev, AZƏRTAC

Aqrar Universitetdə “ASAN İnnoland”, “Startap Azərbaycan”, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə keçirilən ənənəvi startap günləri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə yerləşən universitetlərin (ADAU, GDU və UTECA) tələbələri üçün nəzərdə tutulan “Gəncə-startap” günlərinə Azərbaycan Dövlət Aqrar Universiteti ev sahibliyi edir.

Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində tədbirin açılış mərasimi olub.

ADAU-nun prorektoru Anar Hətəmov müasir iqtisadiyyatda innovasiya, o cümlədən startapların əhəmiyyətindən, universitetdə ideyası olan gənclər üçün yaradılan şəraitdən danışıb. O, son illərdə universitetin maddi-texniki təminatı və insan resurslarının inkişafı barədə də məlumat verib.

Sonra “Startap Azərbaycan” şirkətinin rəhbəri Osman Gündüz yarışmanın formatı haqqında danışaraq bildirib ki, bu il əvvəlki tədbirdən fərqli olaraq hər universitet üzrə qalib olan komandaların yekun forumunun keçirilməsi nəzərdə tutulub.

Daha sonra “ASAN İnnoland”, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin nümayəndələri, həmçinin Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri çıxış edib, iştirakçılara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.