REGİONLAR


Aqrar Universitetin alimləri ilə xarici mütəxəssislər pambıqçılığa dair birgə müzakirələr aparırlar

Gəncə 17 avqust, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “John Deere” şirkəti arasında əməkdaşlıq çərçivəsində aqronomluq fakültəsində pambıqçılıqda müasir texnologiyaların tətbiqinə dair müzakirələrə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində fəaliyyət göstərən və “John Deere” şirkətinin dəvəti ilə universitetə gəlmiş aqrobiznes üzrə məsləhətçi Corc Melton və aqronom Ceyms Pauel universitetin əməkdaşları ilə pambıqçılıqda qabaqcıl idarəetmə qaydaları, o cümlədən pambıq əkini üçün hazırlıq işləri, toxumların seçilməsi, səpin norması, xəstəlik və zərərvericilərlə mübarizə, suvarma, məhsulun yığılması, çeşidlənməsi və digər texnoloji proseslərə dair bilik və təcrübələrin mübadiləsini aparırlar.

Üç gün davam edəcək müzakirələrin əsas hissəsi ətraf ərazilərdə pambıqçılıq təsərrüfatlarında aparılmaqla, fermerlərə praktik tövsiyələr veriləcək, nəticələr ümumiləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.