REGİONLAR


Aqrar Xidmətlər Agentliyində baytar mütəxəssisləri ilə keçirilən təlimlər yekunlaşıb

Bakı, 28 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbərləri ilə keçirilən görüş və xüsusi təhlükəli xəstəliklərə dair təlimlər yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu müddət ərzində təlim iştirakçılarına baytarlıq sahəsində innovativ texnologiyaların tətbiqi ilə əlaqədar yeni məlumatlar verilib, bu təlimlərin yerlərdə aparılacaq profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəyi qeyd edilib. Vurğulanıb ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu məqsədlə də Agentliyin rəhbərliyi tərəfindən rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələri, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmaları və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələri tövsiyə edilib, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, tədbir çərçivəsində kadr işinin təşkili, münasibətlərin qurulması və vətəndaş məmnuniyyəti mövzusunda iştirakçılara ətraflı məlumatlar verilib.

Keçirilən tədbirlərə noyabrın 14-dən start verilib və 64 rayon (şəhər) baytarlıq idarələrini əhatə edib.

Dekabr ayından isə baytar mütəxəssisləri üçün növbəti təlimlərə start verilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.