REGİONLAR


“Aqrar ixtisaslaşmış hüquqşünaslar” layihəsinin açılış mərasimi keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, “ELSA Azərbaycan”nın dəstəyi ilə “Aqrar ixtisaslaşmış hüquqşünaslar” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - Elm, təhsil və insan resursları şöbəsinin müdiri Elvin Paşayev, Hüquq şöbəsinin müdiri Nicat Əfəndiyev və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Aparat rəhbərinin müavini Elvin Paşayev iştirakçılara uğurlar arzulayaraq, aqrar sahədə kadr potensialının tənzimlənməsi məqsədilə belə layihələrin həyata keçirilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. O, eyni zamanda, iştirakçılara aqrar sahədə hüquqi tənzimləmə mexanizminin vacibliyi, əmək bazarında bu ixtisasa olan tələbat barəsində ətraflı məlumat verib.

Daha sonra Nicat Əfəndiyev çıxış edərək aqrar sahədə qəbul edilən normativ-hüquqi aktlar məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev təşkilatın fəaliyyəti haqqında məlumat verərək iştirakçılara uğurlar arzulayıb.

Layihə iştirakçıları aqrar sahə üzrə fəaliyyət göstərən özəl və dövlət müəssisələrində təcrübə keçmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.