REGİONLAR


Aqrar sahənin inkişafında dövlət proqramlarının yeri və rolu müzakirə edilib

Naxçıvan, 23 noyabr, AZƏRTAC

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Azərbaycanda aqrar sfera: mövcud dövlət proqramlarının bu sahənin inkişafındakı yeri və rolu” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda universitetin iqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın aqrar sahənin inkişafındakı rolu”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Anar Cəfərovun “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafında dövlət proqramlarının rolu: müasir vəziyyət və perspektivlər” və iqtisadiyyat ixtisasının IV kurs tələbəsi Minayə Məmmədovanın “Aqrar sektorun inkişafının əsas istiqamətlərindən biri də qəbul edilmiş Dövlət Proqramıdır” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bərabər “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvəffəqiyyətlə həyata keçirilməsi iqtisadiyyatın inkişafına öz təsirini göstərib. Nəticədə çoxşaxəli iqtisadiyyat formalaşıb, makroiqtisadi sabitlik təmin olunub, sahibkarlıq fəaliyyəti genişləndirilib, yeni müəssisələr açılıb, iş yerləri yaradılıb. Bundan əvvəlki hər iki proqramın yerinə yetirildiyi dövr ərzində sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın makroiqtisadi göstəricilərinin artmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.