REGİONLAR


Aqrar sektorda təsərrüfat sahiblərinin maarifləndirilməsi istiqamətində işlər davam etdirilir

Naxçıvan, 20 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla seminar müşavirələri keçirib, yeni ailə təsərrüfatlarının yaradılmasını diqqətdə saxlayıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yaz tarla işlərinə başlanılması ilə əlaqədar aprel ayında əkin atlaslarından istifadə təmin olunub, növbəli əkin sisteminə əməl etməklə sahələrin hazırlanması ilə bağlı tədbirlər keçirilib, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında kartofçuluq, meyvə-tərəvəz və bostançılıqla məşğul olan sahibkarlara tövsiyələr verilib. “Araz” Elm-İstehsalat Birliyinin meyvə bağında və digər əkin sahəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş təşkil olunub.

Ötən ay 136 torpaq sahibkarının müraciəti əsasında meyvə bağlarında quru budama, həmçinin zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılmasına, 21 hektar yeni salınmış üzümlük, 4 hektar istixana təsərrüfatı, 36 hektar bostan, 48 hektar qarğıdalı, 13 hektar meyvə-tərəvəz sahələrində kompleks becərmə tədbirlərinə, eləcə də 3000 hektar taxıl, 1336 hektar yonca sahəsində kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilib.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülüb, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.