İQTİSADİYYAT
“Аqrarkredit” QSC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
Bakı, 5 oktyabr, AZƏRTAC
“Аqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşulub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Аqrarkredit” oktyabrın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb.
Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.