İQTİSADİYYAT


“Aqro-Mən” müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 29 iyul, AZƏRTAC

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə keçirilən “Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub. Müsabiqə çərçivəsində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qiymətləndirmə zamanı müraciət edən şəxslərin biznes planlarının aqrar məşğulluğa, ətraf mühitə və ərzaq təhlükəsizliyinə töhfəsi, layihənin innovativliyi və davamlılığı, habelə biznes ideyasının reallaşdırılması üçün zəruri olan bilik-bacarıq, təcrübə, texniki və maliyyə resurslarının mövcud vəziyyəti barədə meyarlar nəzərə alınıb. “Aqro-Mən” müsabiqəsinə, ümumilikdə, 59 nəfər müraciət edib və onların arasından komissiya tərəfindən mərhələli ekspertiza və qiymətləndirmə aparılaraq müvafiq meyarlar üzrə uğurlu nəticələr əldə etmiş 5 nəfər qalib müəyyənləşdirilib. Hacıbala Hacıyevin aqrokimyəvi analizlərin aparılmasının təkmilləşdirilməsi, Rafiq İmanovun yem istehsalı, İlkin Əliyevin toxumçuluq, Sərxan Hacıyevin arıçılıq və Babək Bayramovun heyvandarlığın inkişafı ilə bağlı layihələri müsabiqədə qalib elan edilib. Qaliblər zəruri müvafiq aktivlərlə (alət və avadanlıq) təmin olunacaqlar.

Xatırladaq ki, “Aqro-Mən” müsabiqəsi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilib. Müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.