REGİONLAR


Aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi ilə bağlı layihənin icrasına başlanılır

Bakı, 24 yanvar, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə layihə rəhbəri Fərid Abbasov, kənd təsərrüfatı üzrə mütəxəssis Mehrac Abbasov, layihənin ekspertləri Elməddin Namazov və Xanbala Rüstəmov iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində aqrobiomüxtəlifliyin “in situ” və “ex situ” mühafizəsi komponenti daxilində milli genbankda nümunələrin saxlanılma şəraitinin yaxşılaşdırılması üzrə avadanlıqların alınması, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Bioresurslar İnstitutunda olan kolleksiyaların saxlanılmasına dəstəyin göstərilməsi, hədəf rayonlarda və respublikanın cənub bölgəsində ekspedisiyaların davam etdirilməsi, toplanılmış bitki nümunələrinin tarla genbanklarında çoxaldılması, biomorfoloji əlamətlər əsasında qiymətləndirilməsi, əlamət və özək kolleksiyalarının yaradılması və Milli Genbankda saxlanılmasının təmin edilməsi haqqında müzakirələr aparılıb.

Tarla genbanklarında müşahidələrin aparılması, fermerlərə dəstəyin davam etdirilməsi, onların məlumat bazasının zənginləşdirilməsi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə danışıqların davam etdirilməsi, yeni bağın salınması və kolleksiya bağına dəstəyin göstərilməsi həyata keçirilməsi qərara alınıb.

Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Genbankına baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.