İQTİSADİYYAT


Aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq

Bakı, 11 oktyabr, AZƏRTAC 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, budəfəki müraciət aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə bağlıdır.

Müraciətdə deyilir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə vasitələrini müşayiət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət edir.

Qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılan və etiketləşdirilən pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir”.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşayiət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə, bu maddələrin ölkəyə idxalına icazə verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.