REGİONLAR


“Aqrolizinq” ASC Şəmkirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını təşkil edib

Bakı, 18 mart, AZƏRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışının növbəti ünvanı Şəmkir rayonu olub. Martın 18-də Çənlibel kəndində keçirilən səyyar satış zamanı Çənlibel və ətraf kəndlərdən olan sakinlərə 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kiloqram ammofos olmaqla, ümumilikdə, 32,450 ton mineral gübrə satılıb.

AZƏRTAC xəbər verir ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə alıblar.

Növbəti səyyar satış martın 19-da Qazax rayonunun Alpout kəndində keçiriləcək.

Qeyd edək ki, fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Artıq Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz və Siyəzən rayonlarında səyyar satışlar təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.