REGİONLAR
“Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad regional nümayəndəliyinin 2015-ci il 1 iyul tarixdən 2017-ci il 4 iyul tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditi aparılıb.
Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.