REGİONLAR
“Aqrolizinq”in nümayəndələri Ağcabədidə regionun fermer və sahibkarları ilə görüşəcəklər
Bakı, 9 oktyabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq”in bir qrup rəhbər işçisi layihə çərçivəsində oktyabrın 20-də Ağcabədi rayonunda sakinlərlə görüşəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da Bayraq Muzeyində keçiriləcək görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Xocavənd, Füzuli, Bərdə, Ağdam, və Tərtər rayonlarının sakinləri iştirak edəcəklər.
Əsas məqsəd “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyən şəxslər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 318-88-76) müraciət edə bilərlər.