REGİONLAR
“Aqrolizinq”in nümayəndələri Şamaxıda regionun fermer və sahibkarları ilə görüşəcəklər
Bakı, 27 noyabr, AZƏRTAC
“Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində dekabrın 1-də Şamaxı rayonunda fermer və sahibkarlarla görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.
Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və həll olunmasıdır.
Görüşdə iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]