REGİONLAR


“Aqrolizinq”in nümayəndəsi: Mineral gübrələrin 70 faiz güzəştlə satışı tam olaraq elektron qaydada aparılır

Bakı, 10 noyabr, AZƏRTAC

Kənd təsərrüfatı texnikalarının, damazlıq heyvanların lizinqi, kənd təsərrüfatı texnikalarına güzəştin tətbiqi kimi elektron xidmətlər tamamlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilib.

AZƏRTAC xəbər verir ki, bunu açıqlamasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib.

Onun sözlərinə görə, mineral gübrələrin 70 faiz güzəştlə satışı da tam olaraq elektron qaydada aparılır.

"Aqrolizinq Avtomatlaşdırılmış İnformasiya Sistemi"nin yaradılması barədə də danışan Ayaz Qədirov bildirib ki, əsas məqsəd dövlət qurumu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Mərkəzi Aparatda ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuş informasiya texnologiyaları infrastrukturu yaradılıb. Cəmiyyətin informasiya texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir. Habelə "Aqrolizinq AİS"in əsas komponentləri də təkmilləşdirilir. Məlumatların toplanması, saxlanılması və vahid verilənlər bazasının yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı səhmdar cəmiyyətin fəaliyyətini çevik bir modelə çevirir. Məlumat sistemi daxil edilən məlumatın mötəbərliyini təmin etmək məqsədilə İAMAS, AVİS, E-Gov sistemlərinə inteqrasiya olunub. Ödənişlərin avtomatlaşdırılması məqsədilə “ASAN ödəniş” sisteminə inteqrasiya tamamlanıb.

“Xidmətlərdən istifadə etmək üçün vətəndaşlar “Elektron hökumət” portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin xidmətləri bölməsinə daxil olaraq, xidmətlərdən istifadə edə bilərlər. Bildirmək istərdim ki, burada “Aqrolizinq” fermerlərə xüsusi yanaşır. Belə ki, “Elektron hökumət” portalı ilə razılaşma əsasında vətəndaşları həmin portalda qeydiyyatdan keçirə bilərik. Nəticədə fermer həm bizim, həm də “Elektron hökumət” portalında olan digər dövlət qurumlarının xidmətlərindən yararlana bilər”, - deyə Ayaz Qədirov qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.