REGİONLAR


Aqronomluq fakültəsində Məzun günü

Gəncə, 31 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter) Aqrar Universitetdə həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramının 2018-2019-ci tədris ili çərçivəsində Məzun günü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqronomluq fakültəsində təşkil olunan tədbirdə universitet rəhbərliyi, proqramın müəllim heyəti və əməkdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Məzun günündə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, tələbələrə uğurlar arzulayıb, kənd təsərrüfatı mütəxəssislərinin ölkə iqtisadiyyatında vacib rolunu diqqətə çatdırıb.

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatlar və hədiyyələrlə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.