REGİONLAR
Aqroparka yeni texnikalar alınıb
Zərdab, 24 iyul, AZƏRTAC
Zərdab rayonunda “Aqrobaz” MMC tərəfindən yaradılan aqroparkın texniki təminatı möhkəmləndirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aqroparka 86 adda müxtəlif texnika, o cümlədən 13 ədəd traktor, 7 ədəd səpin aqreqatı və sair alınıb.
Qeyd edək ki, aqroparkın 3000 hektar əkinə yararlı torpaq sahəsi vardır. Tam formalaşdırılması və normal fəaliyyəti istiqamətində işlər davam etdirilir. Təkcə cari mövsüm üçün 250 hektarda arpa, 1500 hektarda yonca, 60 hektarda pambıq, 165 hektarda qarğıdalı əkilib. Burada, habelə 30 hektar sahədə tut tingi yetişdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]