MƏDƏNİYYƏT
Ər-Riyadda keçirilən sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş etdirilib
Bakı, 8 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda keçirilən rəsm sərgisində azərbaycanlı rəssam Aynur Paşayevanın əsərləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, şahzadə Mişaal bin Məhəmməd bin Səud bin Əbdüləzizin himayəsi ilə “Vision 2030” proqramı çərçivəsində gerçəkləşdirilən sərgidə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Tunis, Bəhreyn, Livan, Əlcəzair, İraq, Azərbaycan və digər ölkələri təmsil edən rəssamların əsərləri təqdim edilib.
Sərginin açılış mərasimində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşları, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Sərgidə uğurlu iştirakına görə azərbaycanlı rəssama təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, Aynur Paşayevanın əsərləri ilk dəfə 2023-cü ilin martında “Vision 2030” proqramı çərçivəsində Ər-Riyadda gerçəkləşdirilən sərgidə nümayiş etdirilib. Onun əsərləri böyük rəğbətlə qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]