MƏDƏNİYYƏT
“Ər və Arvad” tamaşası yenidən nümayiş olunacaq
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və Arvad” operettası əsasında səhnələşdirilimiş eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı, əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva və tamaşanın xormeysteri isə Vaqif Məstanovdur.
Tamaşanın yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Quruluşçu dirijor, əməkdar incəsənət xadimi, teatrın baş dirijoru Nazim Hacıəlibəyovdur.
Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Ələkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Əliməmməd Novruzov, Ayxan Şərifov, Roman Hacıyev ifa edəcəklər.
Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və Arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]