SİYASƏT


“Arabnews” qəzetində “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozur” sərlövhəli məqalə dərc edilib

Qahirə, 19 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozur” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam etdiyi qeyd olunub.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs əldə edildikdən sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni gecə saatlarında iki dəfə raket atəşinə tutması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda mülki insan həlak olub, müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığı, işğalçı ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanların, evlərin, mülki obyektlərin, tibb işçilərinin məqsədli atəşə tutmasının beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarına zidd olduğu vurğulanır. Eyni zamanda, bu cinayətlər dövlət səviyyəsində terror siyasətinin təzahürüdür və Ermənistan xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə onları həyasızcasına pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.

Diplomatımız vurğulayıb ki, Ermənistanın öz çirkin əməllərini, terror cinayətlərini ört-basdır etmək cəhdləri fayda verməyəcək. Belə ki, yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntüləri ermənilərin növbəti yalanlarını ifşa edir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.