DÜNYA


Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılmasına 3,5 milyard dollar ayrılıb

Daşkənd, 10 yanvar, AZƏRTAC

Özbəkistan hökuməti Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılmasına 3,5 milyard dollar ayırıb.

Bununla bağlı hökumətin qəbul etdiyi qərarda deyilir ki, həmin məbləğin 2,15 milyard dolları beynəlxalq maliyyə institutlarından alınan borclar, qalan hissəsi ilə Özbəkistan hökumətinin vəsaitidir.

Xatırladırıq ki, Mərkəzi Asiya səhrasının ortasında, Qazaxıstanla Özbəkistanın sərhədində olan Aral dənizi 1960-cı ilə qədər sahəsinə görə dünyada ən böyük göl olub. Lakin son 40 ildə dənizin sahəsi iki dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb, həcmi beş dəfə azalıb.

1993-cü ildə Aral Dənizinin Xilası üzrə Beynəlxalq Fond yaradılıb. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan bu Fondun təsisçiləri olub. Bu müddət ərzində Aral gölünün xilası və bu regionda ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı 300-dən artıq layihə həyata keçirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.