DÜNYA


Aralıq dənizində 6 bal gücündə zəlzələ olub

İstanbul, 19 oktyabr, AZƏRTAC

Aralıq dənizində 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyənin Antalya vilayətinin Kaş rayonunun sahillərindən 155 kilometr aralıqda meydana gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyə vaxtı ilə saat 08:32-də qeydə alınan zəlzələnin ocağı dənizin 36 kilometr dərinliyindədir.

Yeraltı təkanlar Türkiyənin Aydın vilayəti və ətraf bölgələrdə hiss edilib.

İlkin məlumata əsasən, dağıntı və tələfat yoxdur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.