DÜNYA


Aralıq dənizində balıqçı gəmisində 5 ton narkotik maddə aşkarlanıb

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri aprelin 15-də narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qrupu saxlayıb. AZƏRTAC Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Aralıq dənizində keçirilən əməliyyat nəticəsində “Pervin oğulları” balıqçı gəmisində 5 ton narkotik maddə aşkar olunub. Bildirilir ki, Türkiyə bayrağı altında üzən “Pervin oğulları” gəmisi fevralın 5-də İzmir limanından beynəlxalq sulara doğru hərəkət edib. Narkotik maddənin Türkiyə ərazisinə gətirilməsi planlaşdırılıbmış. Gəmidə şübhəli qismində biri qadın olmaqla 6 nəfər həbs olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.