CƏMİYYƏT


Aran Regional Mərkəzində mülki müdafiə kursları keçirilir

Bakı, 9 aprel, AZƏRTAC 

Aran Regional Mərkəzində “2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən yanvar və fevral aylarında bəzi kateqoriyalar üzrə mülki müdafiə kursları keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda bu çərçivədə mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə aprelin 8-də başlayan mülki müdafiə kursları davam etdirilir.

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin kurslarda iştirak edən dinləyicilərinə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər keçirilib. Aprelin 12-dək davam edəcək kurslarda, həmçinin zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat verilib.

Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün Aran Regional Mərkəzinə ezam olunan Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları tədris prosesində yaxından iştirak ediblər.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.