İDMAN


Araz Abdullayev mövsümün sonunda Türkiyəyə yollanacaq

Araz Abdullayev mövsümün sonunda Türkiyəyə yollanacaq

Bakı, 13 mart, AZƏRTAC

“Sumqayıt”ın sabiq futbolçusu Araz Abdullayev hələ də klubsuzdur.

AZƏRTAC xəbər verir ki, hazırda fərdi olaraq məşq edən yarımmüdafiəçi mövsümün sonunu gözləyir. Həmin vaxt o, Türkiyəyə yollanmağı planlaşdırır. Türkiyə Birinci Liqası klublarından birinə keçməyi planlaşdıran millimizin sabiq üzvü hansı komandaya keçəcəyini hələ dəqiqləşdirməyib.

Xatırladaq ki, Samir Abasovun “Sumqayıt”a baş məşqçi təyin olunmasından dərhal sonra klub A.Abdullayevlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.