DÜNYA


Araz Ağalarov türkiyəli biznesmenlərə “Crocus Expo”da güzəştli şərtlərlə sərgilər təşkil olunmasını təklif edib

Moskva, 14 iyun, AZƏRTAC

Azərbaycan mənşəli rusiyalı sahibkar, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov türkiyəli biznesmenlərə “Crocus Expo”da güzəştli şərtlərlə sərgilər təşkil olunmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, biznesmen bu barədə Türkiyənin “Medya Günlüğü” saytına müsahibəsində məlumat verib. Rusiya ilə Türkiyə arasında əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulayan A.Ağalarov qeyd edib ki, tikinti, kənd təsərrüfatı, ticarətin təşkili sahəsində türkiyəli mütəxəssislərə Rusiyada ehtiyac ola bilər. O, dünyada ən iri sərgi mərkəzlərindən birində - “Crocus Sity” kompleksinə daxil olan “Crocus Expo”da güzəştli şərtlərlə Türkiyənin milli və tematik sərgilərinin, həmçinin informasiya xarakterli tədbirlərin təşkil olunmasını təklif edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.