İDMAN


“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinə məğlubiyyətlə başlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə məğlubiyyətlə başlayıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz oktyabrın 28-də Ukrayna çempionu “Uraqan”la üz-üzə gəlib.

Ukraynadakı Peşəkar Bədən Tərbiyəsi Kollecində keçirilən oyunun 2-ci dəqiqəsində Amir Şocaei hesabı açmağa yaxın olub. Təəssüf ki, müdafiəçinin zərbəsindən sonra top meydanı tərk edib. Beşinci dəqiqədə Maneka status-kvonu pozmaq şansını qaçırıb. Əvəzində təzyiqi tədricən artıran meydan sahibləri 10-cu dəqiqədə Nazar Şvedin qolu ilə hesabda önə keçiblər. Altı dəqiqə sonra Ukrayna çempionu üstünlüyünü 2 topa çatdırıb. Bu dəfə Artem Farenyuk qapımıza yol tapıb - 2:0.

İkinci hissədə qol vurmaq növbəsi “Araz-Naxçıvan”a keçib. Bu dəfə İsa Atayevin ideal ötürməsini Ramiz Çovdarov boş qapıdan keçirməklə fərqi minimuma endirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Ukrayna çempionunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupda keçirilmiş digər oyunda Kosova çempionu “Liqeni” Rumıniya təmsilçisi “Yunayted Galati”ni məğlub edib-6:4.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.