İDMAN


“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib

Bakı, 31 oktyabr, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Kosovanın “Liqeni” komandası ilə qarşılaşıb. Qarşılaşma 6:6 hesablı heç-heçə başa çatıb.

İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə üçüncü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.