İDMAN


“Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb

Bakı, 1 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın “Atirau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, De Moura Joze Eduardo, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.