İDMAN


“Araz Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də İsveçrənin Nyon şəhərində futzal üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 57 klub iştirak edəcək. Onların arasında Azərbaycan çempionu – “Araz Naxçıvan” da var.

Püşkün nəticəsinə əsasən, Azərbaycanın turnirdəki təmsilçisi “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-7-də Sloveniyada keçiriləcək.

Qeyd edək ki, “E” qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvələrini sınayacaqlar. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.