CƏMİYYƏT


“Araz” Supermarketlər şəbəkəsinin əməkdaşları şəhid ailələrini və qaziləri ziyarət edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Korporativ Sosial Məsuliyyət layihələri şirkətlər üçün məsuliyyət və etik dəyərdir. Bu səbəbdən də cəmiyyətdə, biznes mühitində xüsusi çəkisi olan hər bir qurum sosial öhdəliklərini dərk etməli, ictimai sektorda fəallıq göstərməlidir.

“Araz Supermarket” MMC-nin Marketinq departamentinin ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, “Araz” Supermarketlər şəbəkəsi də bu mövzuya həssas yanaşaraq 27 sentyabr - Anım Günündə şəhid ailələrini və qaziləri unutmayıb: “Xalqımıza şərəfli qələbəni yaşadan qazilərimizi daim diqqət mərkəzində saxlamaq, bu yolda canından keçən şəhidlərimizin doğmalarına mənəvi dəstək olmaq hər birimizin borcudur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.