CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 150 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 46 kubmetr təşkil etməklə ongünlük normanın 56 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 8, Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 10 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 363, Şirvanda 223, Salyanda 181, Bankədə 187, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrə bərabərdir.