CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 17 santimetr artıb
Bakı, 26 dekabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-170 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 170 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 65 kubmetr olub.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 14 santimetr artım, Şirvanda 2, Salyanda isə 8 santimetr azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub.
Hazırda suyun səviyyəsi Surrada 501, Şirvanda 382, Salyanda 357, Bankədə 261, Novruzlu məntəqəsində isə 220 santimetrdir.