CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 23 santimetr azalıb
Bakı, 21 aprel, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 374 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 345 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 150 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 152 kubmetr təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 20, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 23 santimetr azalma, Şirvanda 2, Salyanda 3 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2016-cı il aprelin 21-də 430 sm), Şirvanda 307 (2016-cı il aprelin 21-də 373 sm), Salyanda 238 (2016-cı il aprelin 21-də 249 sm), Bankədə 203 (2016-cı il aprelin 21-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 santimetr (2016-cı il aprelin 21-də 150 sm) təşkil edir.