CƏMİYYƏT


Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Bakı, 2 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara zonası çaylarında 100-180, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, fevralın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 167 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 125 kubmetr təşkil etməklə ongünlük normanın 75 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 54 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 56 kubmetr təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvan və Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 8 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 (2017-ci il fevralın 2-də 463 sm), Şirvanda 275 (2017-ci il fevralın 2-də 327 sm), Salyanda 299 (2017-ci il fevralın 2-də 286 sm), Bankədə 212 (2017-ci il fevralın 2-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 santimetr (2017-ci il fevralın 2-də 192 sm) təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.