CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb
Bakı, 16 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda ongünlük normadan çox olmaqla onun 140, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə ongünlük normadan az və normaya yaxın olmaqla onun 30-90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, dekabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 84 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 38 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetrə bərabərdir. Bu da ongünlük norma daxilində olmaqla onun 100 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3 santimetr azalaraq 353, Şirvan məntəqəsində 8 santimetr artaraq 155, Salyanda 2 santimetr azalaraq 128, Bankə məntəqəsində 2 santimetr azalaraq 157, Araz çayının Novruzlu məntəqəsində isə 9 santimetr azalaraq 30 santimetr təşkil edib.