CƏMİYYƏT
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 20-40 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 148 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 90 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 48 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 311 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 123 santimetr olub. Salyanda suyun səviyyəsi dəyişməyib və 54 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 16 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 135 santimetr olub.