İDMAN


“Araz” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda Litvanın “Vytis” komandasına məğlub olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Naxçıvanın “Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Slovakiyanın Luçenec şəhərindəki “Sportova Hala” arenada ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Litvanın “Vytis” komandası ilə qarşılaşan təmsilçimiz 0:1 hesabı ilə məğlub olub.

“Araz” qrupda növbəti oyununu oktyabrın 4-də Malta təmsilçisi “Valletta”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.