CƏMİYYƏT


Ərazi tullantılardan təmizlənib

Bakı, 5 dekabr, AZƏRTAC

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı sözügedən ərazidə tullantılar üçün qutuların olmaması səbəbindən onların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. ETSN-in əməkdaşlarının nəzarəti ilə həmin sahə Armudpadar bələdiyyəsi tərəfindən tullantılardan təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt tərtib olunub, əraziyə tullantılar üçün qutuların qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan göstəriş verilib.

ETSN ətraf mühitin qorunması, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirərək nazirliyin işinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.