DÜNYA


Ərbildə valiliyə silahlı hücum zamanı üç terrorçu zərərsizləşdirilib

Bakı, 23 iyul, AZƏRTAC 

İraq kürd muxtar vilayətinin təhlükəsizlik qüvvələri Ərbil şəhər valiliyinə hücum edən üç terrorçunu zərərsizləşdirib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, naməlum silahlı qrupun valiliyə hücumu zamanı bir polis yaralanıb.

Hadisə ilə bağlı məlumat verən Ərbil təhlükəsizlik xidmətinin rəhbəri Tareq Nuri bildirib ki, valiliyə hücum edənlər kürd əsilli vətəndaşlardır. Hadisənin detalları ilə bağlı araşdırma aparılır. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin silahlılar tərəfindən girov götürülən əməkdaşları azad edilib. Silahlı qarşıdurma nəticəsində valiliyin bir əməkdaşı qətlə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.