SİYASƏT
Arçil Talakvadze: Axalkalakidə erməni əsgərə abidə qoyulması hakim komandada müzakirə olunur
Tbilisi, 6 fevral, AZƏRTAC
Axlakalaki rayonunun Boğaşen kəndində Mixail Avakyan adlı şəxsə büstün qoyulması çox ciddi problemlərə və etirazlara səbəb olub. Bu məsələ bizi də düşündürür və narahat edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentində çoxluğun lideri, deputat Arçil Talakvadze söyləyib.
A.Talakvadze deyib: “Bu məsələ ilə bağlı hakim komandada da müzakirələr aparılıb. Düşünürəm ki, problem yaxın zamanda öz həllini tapacaq. Əlimizdən gələni edəcəyik ki, buna bənzər hadisə bir daha təkrarlanmasın”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]